Pompeo KXDR üzrə xüsusi nümayəndə təyin edib
24 Avqust 2018 00:55 DünyaABŞ dövlət katibi Mayk Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin edib.
Bu barədə M.Pompeo Dövlət Departamentində jurnalistlərə bildirib.
S.Bigen öz növbəsində bildirib ki, KXDR ilə problemlərin "həlli çətindir": "Prezident imkan yaradıb və biz Şimali Koreyanın sülhlü gələcəyi üçün bütün imkanlardan istifadə etməliyik. Bu, Şimali Koreyanın tam denuklearizasiyasından başlamalıdır".
Qeyd edək ki, Stiv Bigen daha əvvəl "Ford" avtokonserninin beynəlxalq ictimai əlaqələr üzrə vitse-prezidenti olub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31