"Air France" Tehranla hava əlaqəsini dayandırır
24 Avqust 2018 00:24 DünyaFransanın "Air France" aviaşirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehran şəhəri ilə hava əlaqəsini dayandıracaq.
Bu barədə "RİA Novosti"yə aviaşirkətin nümayəndəsi bildirib.
Nümayəndə deyib: "Biz Tehrana iqtisadi mülahizələrə görə uçuşları dayandırırıq".
Qeyd edək ki, "Air France" aviaşirkəti 1933-cü ilin 7 oktyabrında yaranıb. "Air France" 2004-cü ildə Niderlandının "KLM" aviaşirkəti ilə birləşib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31