Britaniyalı nazir: "“Brexit” danışıqları iflasa uğraya bilər"
21 Avqust 2018 18:12 DünyaBöyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında "Brexit" danışıqları iflasa uğraya bilər.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.
Eyni zamanda o, danışıqların uğurla yekunlaşacağına ümid etdiyini bildirib:
"Mən inanıram ki, yekunda biz saziş imzalayacağıq, amma sazişin əldə olunmaması ehtimalı da artmaqdadır".
Nazir bildirib ki, "Brexit"lə bağlı razılaşmanın qarşısında duran çətinlik Aİ ölkələrinin yanaşmasıdır:
"Bir tərəfdən onlar Böyük Britaniyaya yaxşı saziş təklif etmək istəyirlər. Digər tərəfdən isə, onlar bu sazişin əldə olunacağı təqdirdə digər ölkələrin Aİ-dən ayrılmaq istəyə biləcəyini düşünür".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31