İsraildən qərar: "Onlar üstlərində silah gəzdirəcəklər"
21 Avqust 2018 17:20 Dünyaİsrailin Təhlükəsizlik naziri Gilad Erdan silah sənədləşdirmək üçün şərtləri asanlaşdıran dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərin əsas məqsədi silahdan istifadəsinə icazə verilən şəxslərin sayını artırmaqdır. Dəyişikliyə əsasən, İsrail ordusunda xidmət edən zabit və kapitanlar təxris olarkən silahlarını təslim etməyəcəklər.
Nazir silah istifadəsi üçün təlim keçən israillilərin sayının artırılmasının hücumların qarşısını almaqda və ictimai təhlükəsizliyi qorumaqda faydalı olacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31