Ukrayna yeni aviasiya raketini sınaqdan keçirib

Ukrayna yeni istehsal etdiyi "Oskol" 80 millimetrlik kalibrli aviasiya raketini sınaqdan keçirib.

Çerniqov poliqonunda keçirilən sınaqda Mi-8 helikopteri 300 ədəd PC-80 "Oskol" aviasiya raketinin atışını həyata keçirib.

Üç günlük sınaq müddətində raketin Mi-8 helikopterində istifadəsi üçün onun taktiki-texniki imkanlarının məqsədəuyğun olduğu müəyyənləşib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31