Süni intellekt əsasında səsin tanınması sistemi istifadəyə veriləcək
21 Avqust 2018 17:08 DünyaÇinin "Alibaba" internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sisteminin sınaqlarına başlayıb.
Yeni xidmət qadağan edilmiş kontenti (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir. Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə müqayisə olunur.
Tərtibatçının sözlərinə görə, sistem həm online, həm də offline rejimdə işləyir.
Yeni xidmətin sentyabrda istifadəyə verilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31