Bu avtomatlar Ermənistanda istehsal ediləcək – Anlaşma

"Royalsys Engineering LTD" şirkətinin direktoru David Qalstyan və Rusiyanın "Kalaşnikov" konserni baş direktorunun müavini Andrey Barışnikov "AR-12" və "AK-15" avtomatlarının Ermənistanda istehsalına dair müqaviləni imzalayıblar.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvadadır.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31