"Putin dünya üçün təhlükəyə çevrildi" - İngilis nazir
21 Avqust 2018 15:54 Dünyaİngiltərənin Xarici İşlər naziri Ceremi Hant Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edəcək.
Bu barədə "Sputnik" məlumat yayıb. Agentlik yeni nazirin bu həftə ABŞ-a ilk rəsmi səfərində belə bir tələblə çıxış edəcəyini yazıb.
Hantın Rusiyanın Qərbdəki seçkilərə müdaxiləsinin qarşısının alınması üçün çağırış edəcəyini bildirən agentlik, nazirin çıxış mətnindən bir hissəni paylaşıb:
"Əlbəttə, Moskva ilə əlaqə qurmalıyıq, amma cavabımızı da əsirgəməməliyik. Prezident Vladimir Putinin dövründə Rusiyanın xarici siyasəti dünya üçün təhlükəli bir hala çevrilib".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31