“Taliban” döyüşçüləri 160 girovu azadlığa buraxıb

Əfqanıstan hökumətinin məlumatına əsasən, ölkənin təhlükəsizlik qüvvələri "Taliban" hərəkatı döyüşçülərinin girov götürdüyü 3 avtobusun sərnişinlərindən ibarət 160 dinc sakinin azad edilməsinə nail olub.

Bununla yanaşı, Əfqanıstan ordusunun 20 əməkdaşı taliblərin əsirliyində qalıb.

Xatırladaq ki, avqustun 20-də silahlılar Əfqanıstanın şimalında, Qunduz əyalətinin Xan Abad rayonunda 3 avtobusu ələ keçirmişdi. Hadisənin ardından "Taliban" hərəkatının nümayəndələri avtobusdakı dinc sakinlərin azad ediləcəyini, sərnişinlərin arasında olan hərbçilərin isə əsir saxlanılacağını bildirmişdi.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31