Ara qızışır: Tramp onu siyasi quldur adlandırdı
21 Avqust 2018 14:19 DünyaMərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tarixinin ən pis rəhbəri Con Brennadır.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb.
"Con Brennanın məhkəməyə veriləcəyinə ümid edirəm. Prestijləri, dollarları, hətta kresloları üçün hər kəs bəzi şeyləri gizlətməyə çalışır. Bu da insanların niyə Brennanı qorumaq istədiyinin sübutudur. O, işini layiqincə yerinə yetirməyib. Brennan siyasi quldurdur", - Tramp bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət bundan əvvəl MKİ-nin keçmiş rəhbəri Con Brennanı məxfi informasiyalar əldə etmək hüququndan məhrum edib. Brennan isə Trampın seçkilərə Rusiya müdaxiləsi ilə bağlı həddini aşan davranışlarını satqınlıq adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31