Serj Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib
21 Avqust 2018 13:41 DünyaErmənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan beynəlxalq axtarışa verilib.
Bu barədə respublika polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, daha əvvəl Sarqsyan və onun mühafizəçisi Narekin mənzilində həyata keçirilən axtarış zamanı aşkar edilən silah və narkotik maddə saxlama ittihamı ilə o, Ermənistan daxilində axtarışa verilib. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin Sarqsyanın yaxın dostunu da saxlayıb, ondan içərisində narkotik vasitələr və tapança olan çemodan müsadirə edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31