Ticarət mərkəzindən - Rusiyada 1000 nəfər təxliyə olundu

Rusiyanın Yekaterinburq şəhərində ticarət mərkəzlərinin birində tüstülənmə ilə əlaqədar təxminən 1000 nəfər təxliyə olunub.

Binada işə düşən siqnalizasiya tüstülənməni aşkar etməyə və təxliyəni həyata keçirməyə imkan verib.

Mümkün yanğının qarşısının alınması üçün hadisə yerinə 14 yanğınsöndürmə texnikası və 48 nəfər cəlb edilib.

Hər hansı bir fəsadın və ya xəsarət alanların olmadığı deyilir./Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31