ABŞ səfirliyindən Türkiyəyə təşəkkür

Xəbər verdiyimiz kimi, ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyi atəşə tutulmuşdu.

Hadisəni törədən 2 nəfərin yaxalanması səbəbilə ABŞ səfirliyinfən Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edilib.

Həmin şəxslərin operativ şəkildə ələ keçirilməsinin böyük bir iş olduğu bildirilib.

Amerikalı diplomatlar hadisədən sonra səfirlik ətrafında mühafizənin gücləndirilməsindən məmnun olduqlarını da bildiriblər.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31