Valeri Meladze Gürcüstan vətəndaşı olmaq istəyir

Rusiyalı müğənni Valeri Meladze Gürcüstan vətəndaşı olmaq istəyir.

Sənətçi bununla bağlı Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib. Meladze bu yaxınlarda xalq artisti Vaxtanq Kikabidzenin 80 illik yubileyində Batumidə konsert proqramı ilə də çıxış edib. 

Valeri Meladze 1965-ci ildə Batumidə anadan olub. 

Qeyd edək ki, avqustun 15-dən etibarən Gürcüstanda "Vətəndaşlıq haqqında" qanuna dəyişiklik edilib. Belə ki, Gürcüstanda anadan olub başqa ölkələrdə yaşayanlar vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət edə bilərlər.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31