Keçmiş prezident bu ölkədən oğurlansın - Təklif
21 Avqust 2018 12:45 DünyaHazırda Rusiyada olan sabiq prezident Viktor Yanukoviçin ələ keçirilməsi və cəzalandırılması üçün xüsusi təyinatlı qrup yaradıla bilər.
Bu təkliflə ukraynalı prokuror Ruslan Kravçenko çıxış edib.
"Məsələn, MOSSAD kimi qurum yarada bilərik ki, Rusiyaya daxil olub, onu Ukraynaya gətirsin", - deyə Kravçenko bildirib.
Qeyd edək ki, ötən ilin yayında Yanukoviçə Ukraynada cinayət işi qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31