Kim Çen ölkəsində bu sahəni tənqid etdi: "Passiv..."
21 Avqust 2018 12:39 DünyaŞimali Koreya lideri Kim Çen İn ölkəsinin səhiyyə sistemini kəskin şəkildə tənqid edib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi informasiya yayıb.
Məlumata görə, Kim Çen Myohyanqsan adlı tibb məhsulları istehsal edən zavoda baş çəkərkən məyus olduğunu bildirib:
"Son illərdə bir çox sahədə əhəmiyyətli dərəcədə böyük sıçrayış qeydə alınıb. Səhiyyə sahəsi isə həmişə passiv olaraq qalıb. Bu sektorda fəxr ediləsi heç nə yoxdur. İstehsalın orta səviyyəsinə çata bilən tək bir müəssisə olmadığı halda, hələlik təchizatın modernləşdirilməsindən danışmaq belə olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31