Putin Si Szinpinlə görüşəcək
21 Avqust 2018 12:36 DünyaRusiya Prezidenti Vladimir Putin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində Çin lideri Si Szinpinlə görüşəcək.
Bu barədə Rusiya baş nazirinin müavini Yur Trutnev deyib.
Bir müddət əvvəl də Vladimir Putin Si Szinpini sentyabrda Vladivostokda gözlədiyini bildirmişdi.
Qeyd edək ki, IV Şərq İqtisadi Forumu 12-13 sentyabrda Vladivostokda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31