Putindən müsəlmanlara müraciət: "Mərhəmət..."
21 Avqust 2018 12:27 DünyaRusiya Prezidenti Vladimir Putin ölkədəki müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin təbrikində bildirib ki, islamın əsl dəyərləri insanları birləşdirməyə və yaxşı qonşuluq ənənələrinə riayət etməyə yardım edir.
Prezident Qurban bayramının xeyirxahlığa, ədalətə, mərhəmətə, ətrafdakılara qarşı diqqətli və ürəkli olmağa çağırdığını bildirib.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31