Azərbaycanlı İŞİD-çilər ailələri ilə birlikdə TƏSLİM OLDU

İraqın Telafer şəhərində İŞİD-ə qarşı aparılan əməliyyatlarda terrorçular Peşmərgə qüvvələrinə təslim olub.

Olaylar.az xəbər verir ki, Türkiyə vətəndaşı 34 yaşlı İŞİD üzvü Uğur Çardakçının anası Xalidə Çardakçı İraqda öz oğlu o cümlədən 500-ə yaxın türk döyüşçünün ailələri ilə birlikdə Peşmergəyə təslim olduğunu söyləyib. 

Bir neçə gün öncə İraq ordusunun Telaferi İŞİD-dən azad etmə əməliyyatlarında 250 terrorçu Peşmərgələ sığınıb.

Təslim olanlar arasında Azərbaycan, Yəmən, Tunis, İraq, Əfqanıstan və Misir vətəndaşı olan terrorçular da var. Onlar ailə üzvləri ilə birlikdə təslim olub. /Unikal.org 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31