Ərdoğan Qurban bayramında kəsdirəcəyi heyvanı seçdi - FOTO

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramında kəsdirəcəyi heyvan məlum olub.

Olaylar.az xəbər verir ki, qurbanlıq heyvan Türkiyənin Trakya regionunda xüsusi yetişdirilən 1,5 tonluq danadır. Ərdoğan qurbanlığı Təkirdağ vilayətinin Çorlu rayonunun Şahbaz məhəlləsindən alıb. Ton yarımlıq heyvan maşına yüklənərək Bursaya aparılıb.

Çəngəloğlu fermasının sahibi xüsusi olaraq yetişdirdiyi qurbanlıq heyvan haqda bunları deyib:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan üçün xüsusi yetişdirilmiş Şarelo cinsinə məxsus 1,5 ton ağırlığındakı qurbanlığımızı tədarük etdik. Prezidentimiz və kənd təsərrüfatı nazirimizə fermerlər verdiyi dəstəkdən dolayı təşəkkür edirəm. Allah qurbanlarını qəbul etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31