Britaniya Xarici İşlər Naziri Aİ-ni Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Böyük Britaniyanın XİN naziri Ceremi Hant Vaşinqtondakı çıxışı zamanı Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə  çağırıb.

Bu barədə RİA Novosti məlumat yayıb. 

"Əlbəttə, biz Moskva ilə dialoq aparmalıyıq, lakin biz rəsmi Moskvaya aydın şəkildə deyirik ki, Rusiyanın xarici siyasətində prezident Vladimir Putin dünyamız üçün təhlükəli addımlar atır", Ceremi Hant deyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31