Ermənistanın sabiq baş nazirinin kürəkəni işdən çıxarılıb
21 Avqust 2018 11:40 DünyaErmənistanın sabiq baş naziri Ovik Abramyanın kürəkəni - Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qərb Gömrük İdarəsinin rəisi Vladimir Tamrazyan tutduğu vəzifədən azad edilib.
Bunu Ermənistanın "Qraparak" qəzeti yazıb.
Məlumata görə, avqustun 17-də V.Tamrazyanın evində axtarış aparılıb. Qəzet yazıb ki, Yerevanın mərkəzində Ermənistan Akademik Opera və Balet Teatrının binasının yaxınlığında yerləşən mənzildə maskalı əməliyyat qrupu axtarış həyata keçirib.
Həmin vəzifəyə uzun müddətdir Ermənistan Dövlət Gəlirlər Komitəsinin Əməliyyat-Axtarış İdarəsinin rəis müavini vəzifəsini icra edən Melkon Ağacanyan təyin edilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31