Ərdoğan ABŞ-a gedir
21 Avqust 2018 11:09 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Olaylar.az bildirir ki, oxu.az-ın Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, səfər sentyabrın 25-də baş tutacaq.
Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.
Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31