Belarusda qeyri-adi təbiət hadisəsi
21 Avqust 2018 01:57 DünyaBelarusda şahidlər tornadonun çəkilişini aparmağa müvəffəq olublar.
Təbiət hadisəsi Lida rayonunda yol kənarındakı boş ərazidə qeydə alınıb.
Yerli sakinlər bu bölgə üçün qeyri-adi olan bu təbiət hadisəsini telefonun kamerası ilə çəkə biliblər.
Qum qasırğası bir neçə dəqiqə ərazidə dövr etsə də, insanlar hadisəni çəkərək sosial şəbəkələrdə paylaşmağı bacarıblar.
Qeyd edək ki, bir müddət əvvəl Qrondodakı çimərlikdə də tornado qeydə alınmışdı. Qasırğa güclü olmasa da, ərazidə istirahət edən insanları qorxuya salaraq sahildəki qayığı çevirməyi bacarmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31