ABŞ-dan sonra İngiltərə də Suriya müxalifətinə verdiyi pulu kəsdi
20 Avqust 2018 16:05 Dünyaİngiltərə hökuməti bu gecə Suriyada Əsədə qarşı döyüşən müxalif qüvvələrə etdiyi maliyyə yardımını kəsdiyini bəyan edib.
Olaylar.az xəbər verir ki, İngiltərə hökumətinin mətbuat katibinin "Reuters"ə göndərdiyi məktubda deyilir:
"Bəzi bölgələrdəki vəziyyət getdikcə pisləşdiyinə görə, humanitar yardımlar xaric proqramlara verdiyimiz dəstəyi azaltdıq, ancaq ölkənin təhlükəsizlik və stabilliyinin inkişaf etdirmək üçün ən çox ehtiyacı olanlara həyati əhəmiyyətli yardım verməyə davam edəcəyik".
İngiltərə XİN Suriyanın şimal-qərbinə göstərilən "yardım proqramları"nı davam etdirməyin mümkünsüzlüyü bildirib.
Xatırladaq ki, İngiltərə bu bəyanatı ABŞ-ın Suriyaya 230 milyon dollarlıq maliyyə yardımını kəsmə bəyanatından sonra verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31