Gecə klubunun yanında dəhşət: Maşınla 7 nəfəri əzdi

Fransanın Kambre şəhərində sərxoş sürücü avtomobili gecə klubunun yanında dayanmış adamların üzərinə sürüb.

Hadisə yerli vaxtla səhər saat 4:00-da baş verib.

Spirtli içnin təsiri altında olan 18 yaşlı sürücü avtomobilini əvvəlcə klubun yanında dayanmış şəxslərin üzərinə sürüb. Daha sonra dirəyə çırpılıb.

Hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Hətta onlar üçün xüsusi helikopter göndərilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31