Türkiyədə 32 maşının iştirakı yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyənin şimal-qərbində Eskişehir-Bursa avtomobil yolunda 32 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Yol qəzası nəticəsində 1 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəzada yük maşını, 2 sərnişin avtobusu, 2 mikroavtobus və 27 minik avtomobili iştirak edib.

Qəzanın səbəbi yük maşınından yola dağılan yanacaq olub. Hazırda maşınının və onun sahibinin polislər tərəfindən axtarışı aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31