ABŞ-da "Backstreet Boys" qrupunun konsertində giriş tağı aşıb: 14 yaralı
19 Avqust 2018 10:40 DünyaABŞ-ın Takervill şəhərində (Oklahoma ştatı) "Backstreet Boys" qrupunun konsertində giriş tağı insanların üzərinə aşıb.
Bu barədə konsertin keçməli olduğu "WinStar World Casino and Resort" kazinosunun press-relizində bildirilir.
Məlumata əsasən, tağın insanların üzərinə aşması nəticəsində azı 14 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə hadisə yerində yadım göstərilib, daha sonra isə xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, insidentdən sonra qrupun konserti təxirə salınıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31