Maduroya sui-qəsd cəhdi: Müxalif lider həbs edildi

Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsdə cəhdlə bağlı keçmiş parlament sədri və müxalifət lideri Culio Borqes həbs edilib.

Borqeslə yanaşı, polis nəzarətində olan Xuan Requesense barəsində də həbs qərarı verilib.

Onlar sui-qəsdə təşəbbüsdə günahlandırılır.

Qeyd edək ki, bir neçə gün öncə Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Sui-qəsdə görə 11 jurnalist həbs edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31