Rus jurnalistlərə Yunanıstanda hücum: soyuldular, döyüldülər
9 Avqust 2018 11:01 DünyaÇempionlar Liqasının III təsnifat mərhələsində səfərdə PAOK-la qarşılaşan Rusiyanın "Spartak" klubu xoşagəlməz hadisə ilə üzləşib.
Matçdan öncə rusiyalı jurnalistlər yerli azarkeşlərin hücumuna məruz qalıb.
Bu barədə Tvitter hesabında yazan jurnalist Dmitri Yeqorov bildirib ki, həmkarlarının bir neçəsinə hücum edən yunan fanatlar onları soyublar, daha sonra onlara zərbələr endiriblər.
Qeyd edək ki, görüş meydan sahiblərinin 3-2 qələbəsi ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31