ABŞ bəyan etdi: Rusiyaya 2 fazalı sanksiya
9 Avqust 2018 10:56 DünyaKeçmiş casus Sergey Skripalla bağlı Rusiyaya sanksiyaların qüvvəyə minəcəyi tarix bəlli olub.
Bu barədə ABŞ Dövlət Katibliyi məlumat yayıb. Katiblik bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar bu ayın 22-si işə düşəcək.
Mediada yayılan xəbərlərə əsasən, yeni sanksiyalar 2 fazaya bölünəcək. İlk fazada Rusiyaya elektron cihazların və ehtiyat hissələrin ixracatı tamamilə qadağan olunacaq. İkinci sanksiya paketi isə Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyi barədə zəmanət verməyəcəyi təqdirdə, 3 ay sonra isə düşəcək.
Qeyd edək ki, rusiyalı keçmiş zabit Sergey Skripal və qızı İngiltərədə zəhərləndikdən sonra Rusiyaya qarşı təzyiqlər artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31