BMT-dən nüvə silahı xəbərdarlığı - Dəhşətli nəticə
9 Avqust 2018 10:49 DünyaNüvə müharibəsi təhdidi hələ də qalır.
Bunu atom bombasının qurbanı olan Yaponiyanın Naqasaki şəhərinə səfəri zamanı BMT Baş katibi Antonio Quterreş deyib.
"Nüvə gücləri bu silahların modernizasiyası üçün böyük pullar xərcləyirlər. Nüvə silahsızlanması dünyada sülhün bərpası və insan həyatının müdafiəsi üçün əsas vasitədir. 2017-ci ildə soyuq müharibədən sonra ən çox silahlanmaya vəsait ayrılıb. Nüvə gücləri öz arsenalının modernizasiyası üçün 1,7 trilyon dollar xərcləyiblər. Bu, qlobal miqyasda tələb olunan humanitar yardımdan 80 dəfə çoxdur", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31