Misirdə dünyanın ən böyük günəş elektrik stansiyası tikilir
9 Avqust 2018 10:44 DünyaMisir hökuməti Qahirədən 640 km cənubda Sahara səhrasında dünyanın ən böyük günəş elektrik stansiyasını inşa edir.
Tikinti işlərinin gələn il yekunlaşması gözlənilir.
Stansiya 1,8 GVt elektrik enerjisi istehsal edə biləcək. Bu, 1 milyon ailəni enerji ilə təmin etmək üçün kifayətdir.
Layihənin dəyəri təxminən 2,8 milyard dollar qiymətləndirilir, günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsi isə 4 min iş yeri yaradacaq.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31