Çində itkin düşmüş 9 mədənçinin meyiti tapılıb
9 Avqust 2018 10:30 DünyaÇinin Quyçjou əyalətində yerləşən kömür mədənlərindən birində qaz tullantıları ilə bağlı baş verən hadisədən sonra itkin düşmüş 9 işçinin meyiti tapılıb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat yayıb.
Bundan əvvəl partlayış nəticəsind 4 nəfərin öldüyü bildirilirdi. İndi ölənlərin sayı 13 nəfərə çatmış olub. İtkin düşmüş şəxslərin axtarışlarına təqribən 50 saat sərf olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31