Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib

Avstraliya hökuməti ölkə xaricində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə "iki pasportlu" 5 nəfəri vətəndaşlıqdan məhrum edib.

Bu barədə Avstraliyanın miqrasiya işləri üzrə naziri Piter Datton bildirib.

Nazir qeyd edib ki, bu insanlar terrorizmlə əlaqə quraraq, Avstraliyanın mənafeyinə qarşı çıxıblar və bu yolla özləri Avstraliya cəmiyyətini tərk etməyin lehinə seçim ediblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31