Netanyahudan qərar: Qəzzanın taleyi həll olunur
9 Avqust 2018 10:15 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu Qəzza sərhədindəki vəziyyətlə əlaqədar iclas keçirəcək.
İclasda İsrail Müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Ayzenkot, Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri (ŞABAK) Nadav Arqaman iştirak edəcək. İclas Müdafiə Nazirliyinin Təl-Əvivdəki Kiriya kompleksində baş tutacaq.
Qeyd edək ki, bundan öncə İsraillə HƏMAS atəşkəslə bağlı danışıqlara başlayıb. Danışıqlar məxfi şəkildə Qətərdə keçirilir. Tərəflər atəşkəslə bağlı razılaşacağı təqdirdə HƏMAS Qəzzadakı hakimiyyətini Fələstin administrasiyasına təhvil verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31