Kiyevdə kimsəsiz qadın pişiyi diri-diri yemək istədi

Sosial şəbəkədə sədəqə istəyən qadınla onun əlindən pişiyi almağa çalışan insanlar arasında qarşıdurmanın əks olunduğu görüntü yayılıb.

Hadisə avqustun 5-i, Kiyev metrostansiyalarından birində baş verib.

Hadisə zamanı qadın pişiyin pəncəsini dişləməyə çalışıb. Video bloqerRoma Uliçnıy Prins tərəfindən "YouTube"da yayımlanıb. 

Görüntülərdən aydın olur ki, qadın dişləri ilə pişiyin pəncəsini sıxır.

Hadisə zamanı xəsarət alan pişik baytarın yanına aparılıb. Rentgen zamanı pişiyin sümüklərinin sınmadığı, xəsarətinin yüngün olduğu bildirilib. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31