Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edilib
8 Avqust 2018 18:45 DünyaƏfqanıstan ordusunun xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində "Taliban" qruplaşmasının girovluğunda olan 10 nəfər azad edilib.
Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.
Əməliyyat ölkənin Hilmənd vilayətinin Musa Qala mahalında keçirilib. Girovluqdan azad edilənlərin dördü polis məmuru, qalanları isə mülki şəxslərdir.
Azad edilənlər milli ordunun yaxınlıqdakı bölməsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31