Hindistanda neft emalı zavodu yanır - 21 yaralı

Hindistanın Mumbay şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Hadisə nəticəsində azı 21 nəfər xəsarət alıb. Bir nəfərin vəziyyəti ağırdır.

Qeyd olunur ki, yanğından əvvəl bir neçə partlayış səsi eşidilib. Partlayışların səbəbi məlum deyil.

Yanğının söndürülməsi davam edir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31