68 yaşlı aktyor ikinci dəfə ata olacaq
8 Avqust 2018 17:46 Dünya68 yaşlı Hollivud ulduzu Riçard Gir ikinci dəfə ata olacaq.
Aktyorun 35 yaşlı arvadı Aleksandra Silva hamilədir. Cütlük övladının cinsiyyətini və hamiləliyin müddətini hələ gizli saxlayır.
Bu, hər ikisinin ikinci övladıdır. Belə ki, aktyorun Qomer adlı oğlu var. Silva isə 2012-ci ildə oğul övladı dünyaya gətirib.
Qeyd edək ki, Riçard və Silva 2014-cü ildən eşq yaşayır. Bu ilin aprelində isə cütlük evlənib.
Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31