Türk heyət Vaşinqtonda onunla görüşəcək

Türkiyədən ABŞ-a gedən nümayəndə heyəti bu gün Vaşinqtonda ABŞ Dövlət katibinin müavini Con Salivanla görüşəcək.

Bu barədə məlumatı "Röyter" agentliyi yayıb. Agentlik görüşün Bakı vaxtı ilə 19:00-da baş tutacağını bildirib.

Qeyd edək ki, dünən Türkiyədən ABŞ-a ədliyyə, maliyyə və xarici işlər nazirliklərindən təşkil olunmuş nümayəndə heyəti gedib. Heyətə Xarici İşlər nazirinin müavini Sedat Önal rəhbərlik edib. Hələlik qrupun Türkiyəyə nə zaman qayıdacağı bilinmir. Qrupun əsas vəzifəsinin ABŞ-la yaranan gərginliyi ortadan qaldırmaq olduğu vurğulanıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31