Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edilib

Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın (2014-2016-cı illərdə baş nazir olub) qardaşı Canik Abraamyan həbs edilib.

O, qanunsuz silah əldə etmək və gəzdirmək maddələri üzrə ittiham olunur.

Hüquq mühafizə orqanlarının əməkdaşları Canik Abraamyanın yaşadığı evdə xeyli sayda silah aşkarlasalar da, onların böyük bir qismi qanuni olub.

Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin Mətbuat mərkəzləri KİV-in telefon zənglərinə cavab verməyib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31