Toya gələn mafiya başçısını belə qarşıladılar (VİDEO)
8 Avqust 2018 16:49 DünyaTürkiyənin tanınmış mafiya başçısı Şahin Turqutu toyda tapança və avtomatlardan havaya atəş açaraq qarşılayıblar.
Olaylar.az Qaynarinfo-aistinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankaranın Haymana qəsəbəsində baş verib.
Mafia başçısının qarşılanma anı videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Bundan sonra polis hərəkətə keçib və atəş açan 17 nəfərdən 12-si saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində də iş aparılır.
Verilən məlumata görə, Turqut Şahin daha öncə cinayətkar qruplaşmaya liderlik etməkdə ittiham olunaraq həbs olunub.
Faktla bağlı araşdırma aparılır.
Mafia başçısının qarşılanma anının videosunu sizlərə təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31