14 min uşağa yuxu dərmanı yazıldı
8 Avqust 2018 16:27 Dünyaİsveçdə 2017-ci ildə yuxu problemi yaşayan 14 min uşağa yuxu dərmanı yazılıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, İsveçdə yuxu problemindən əziyyət çəkən uşaq və gənclərin böyük bir hissəsinin yuxu dərmanı istifadə etdiyi ortaya çıxıb. Ölkədə nəşr olunan bir qəzetdə 19 yaşdan aşağı olan gənclər arasında son 5 ildə yuxu dərmanından istifadə edənlərin sayında yüksək artım müşahidə edilib.
Qeyd edək ki, uşaqların yuxu dərmanından istifadə etməsinin çox təhlükəli olduğu bildirilən xəbərdə, İsveç Sosial Sığortalar Səhiyyə Fakültəsinin mütəxəssisləri, dərmanların narkotik kimi vərdiş yaratdığına diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31