İrandakı problemlərin “günahkarı” tapıldı - İstefa
8 Avqust 2018 15:57 Dünyaİran parlamenti Əmək və Sosial Müdafiə naziri Əli Rabiyə qarşı etimadsızlıq göstərib.
Parlamentin 243 deputatından 129-u Rabinin əleyhinə səs veri . Parlament naziri ölkədə yaranan iqtisadi problemlərin səbəbkarlarından biri kimi qəbul edib.
Qeyd edək ki, bu səsvermədən sonra İran prezidenti 3 ay ərzində Rabini vəzifəsindən azad edərək, yerinə yeni nazir təyin etməlidir.
Rabinin 62 yaşı var. O, islahatçılardan biri hesab edilir. Ruhaninin kabinetində çalışmazdan əvvəl o, keçmiş prezident Məhəmməd Hatəminin müşaviri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31