Almaniya XİN: "ABŞ sanksiyaları İranda xaos yarada bilər"
8 Avqust 2018 15:25 DünyaABŞ sanksiyaları İranda radikal qüvvələrin ayağa qalxmasına səbəb ola və nəticədə ölkədə xaos yarada bilər.
Bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
"İranın təcrid olunması radikal və fundamentalist qüvvələrə stimul verə bilər. Artıq İraq və Liviyada yaşadığımız xoas İranda da yaşanarsa, bu, onsuz da sakit olmayan bölgəni daha da qeyri-sabit hala gətirə bilər", - H.Maas deyib.
Onun sözlərinə görə, rejim dəyişikliyinə ümid edənlərin hər biri atılan addımların daha böyük problemlər yarada biləcəyini unutmamalıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31