Kanada ABŞ məhsullarını boykot etməyə başladı

ABŞ prezidenti Donald Trampın gömrük vergilərini artırması səbəbindən Kanadada ticarətçilər ABŞ məhsullarının idxalını dayandırmağa başlayıb.

Yerli əhali də bu addıma dəstək verərək ABŞ məhsullarını almamağa başlayıb.

Sakinlər bildirirlər ki, artıq Kanadanın öz istehsalı olan məhsullara üstünlük verirlər. Bəziləri isə ABŞ-a səyahət etməyəcəyini də bildirib.

Qeyd edək ki, Kanadada supermarketlərdə satılan məhsulların 40-60 faizi ABŞ istehsalıdır.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31