“Google” xəritənin görüntüsünü dəyişdi

ABŞ-ın internet şirkəti "Google" xəritə tətbiqində dünyanı kürə şəklində göstərməyə başlayıb.

Yeni xüsusiyyət sayəsində kompüterdə "Google"nin xəritə tətbiqi açıq olduqda, sonuna qədər optik uzaqlaşdırma (zoom out) edilərkən dünya artıq səthi proyeksiya olaraq deyil, 3D formatlı kürə şəklində görünür.

Bu dəyişikliyin yer üzünün daha düzgün göstərilməsinə təsir edəcəyi bildirilib.

"Google" bu günə qədər xəritə tətbiqində Hollandiyalı riyaziyyatçı və kartoqraf Jerardus Merkatorun adıyla xatırlanan xəritə proyeksiyasını istifadə edirdi.

Yeni xüsusiyyət hələlik yalnız komputerlərdə istifadə edilə biləcək. Mobil xəritə tətbiqi isə səthi proyeksiyanı istifadə etməyə davam edəcək.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31