Qatardan çıxan qığılcım 8 evi yandırdı - Yaralılar var
8 Avqust 2018 14:09 DünyaAlmaniyanın Ziqburq şəhərində qatardan çıxan qığılcım 8 evi külə döndərib.
Köln-Frankfurt istiqamətində hərəkət edən sürət qatarından sıçrayan qığılcım evlərdən birinə düşüb. Yüksək temperatur nəticəsində alov daha sürətlə yayılaraq 8 evi əhatə edib.
Polisə görə 40, yanğınsöndürənlərə görə isə 12 nəfər yaralanıb. Kölnlə Frankfurt arasındakı dəmir yolu xətti bağlanıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31