Zərif Trampın “bütün dünyaya sülh” sözünə cavab verdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın "bütün dünyaya sülh" fikrini "köhnəlmiş klişe" adlandırıb. 

O, bu fikirlərini "Twitter" hesabında yazıb. 

Reminder: International relations is not a beauty pageant, with tired clichés about a desire for WORLD PEACE.
And it is not the first time that a warmonger claims he is waging war for "world peace".

21:29 - 7 Aug 2018

"Xatırladıram: beynəlxalq münasibətlər bütün dünyaya sülh istəyən gözəllik müsabiqəsi deyil. Və müharibə təhrikçisinin "sülh" tərəfdarı olduğu üçün müharibə apardığını açıqlaması ilk dəfə deyil", - o bildirib. 

Zərif qeyd edib ki, sosial şəbəkədəki fikirlər dünyanın ABŞ-ın birtərəfli fəaliyyətindən təngə gəldiyi faktını dəyişdirə bilməz. 

"Bizim ticarət tərəfdaşımız olan Avropa Birliyi, Rusiya, Çin və digər ölkələrdən soruşun", - İran XİN rəhbəri qeyd edib. 

Qeyd edək ki, avqustun 7-də İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Qadağaların ilk hissəsi valyuta, avtomobil və metal bazarına aiddir. Tramp qeyd edib ki, İrana qarşı tətbiq edilən budəfəki sanksiyalar ən ağrılı qadağalardır. 

Qadağaların ikinci hissəsi noyabrın 4-də qüvvəyə minəcək. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31